Jurnalistlər arasında şahmat yarışı keçiriləcək
Martın 12-də jurnalistlər arasında şahmat yarışı keçiriləcək. Yarış Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunacaq.

Turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Dünya Şahmat Olimpiadasına dəstək verməkdir.

Turnirin qalibləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Xəbər 782 dəfə oxundu.