İpək yolu turnirinə qatılacaq boks yığmamızın heyəti açıqlandı
Ölkəmizdə daha bir beynəlxalq turnir keçiriləcək. Söhbət kişi boksçular arasında təşkil olunan ənənəvi “İpək yolu” turnirindən gedir.

Beynəlxalq yarış martın 9-da start götürəcək və ayın 14-nə qədər davam edəcək. Bu dəfəki turnirdə Azərbaycan boksçuları ilə yanaşı Ukrayna, İran, Gürcüstan və İsrail idmançıları da mübarizə aparacaq.

Komandamızın heyətinə gəlincə, yarışda bu idmançılar mübarizə aparacaq:

49 kq – Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə
56 kq – Tayfur Əliyev və Cavid Çələbiyev
60 kq – Albert Səlimov
64 kq – Lorenso Sotomayor
69 kq – Pərviz Bağırov
75 kq – Kamran Şahsuvarlı
81 kq – Teymur Məmmədov
91 kq – Abdulkadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, görüşlər Azərbaycan Boks Federasiyasının boks mərkəzində keçiriləcək.

Xəbər 941 dəfə oxundu.