Olimpiada-2020 ilə bağlı bu gün brifinq keçiriləcək
2020-ci il olimpiya və paralimpiya oyunlarına ev sahibliyi etmək istəyən şəhərlər, namizədlik ərizəsini, rəsmən fevralın 14-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim edəcəklər. İdman.com.az saytının məlumatına görə, ən mötəbər yarışın təşkilində iddialı olan Bakı, həmin gün digər rəqib şəhərlərlə birgə sifariş kitabını BOK-a göndərəcək. Bununla
bağlı bu gün saat 12.45-də Milli Olimpiya Komitəsində brifinq keçiriləcək.
Qeyd edək ki, olimpiada-2020-in təşkilində paytaxtımızın rəqibləri Madrid, Roma, Tokio, İstanbul və Doha şəhərləridir.

Xəbər 921 dəfə oxundu.