Şahin Diniyev: Rəvana qalib gəlmək çətin olacaq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. O, bunları söyləyib:

"Rəvan"ın "İnter"ə qarşı keçirdiyi oyunu izlədim. Mən həmişə onların futbol oynamağı bacardığını demişəm. Bu komandaya qalib gəlmək heç bir rəqib üçün asan deyil. Bütün rəqiblərinə problem yarada bilirlər. Bizi də çətin oyun gözləyir. Yaxşı komandaya qarşı oynayacağıq. Hədəfimiz üç xal qazanmaqdır. Amma onlara qalib gəlmək çətin olacaq".

Xəbər 835 dəfə oxundu.