Zirə Qarabağla matça 4 itki ilə çıxacaq
"Zirə" Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq. Paytaxt klubunun dörd futbolçusu komandasına kömək edə bilməyəcək.

Belə ki, Nicat Qurbanov sarı vərəqə limitini doldurduğuna görə oynaya bilməyəcək. Elvin Məmmədov, Dieqo Souza və Yovan Krneta isə zədə səbəbindən prinsipial qarşılaşmanı kənardan izləməli olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı sabah - martın 5-də keçiriləcək və saat 18:00-da start götürəcək.

Xəbər 1018 dəfə oxundu.