Baku Fires Astana Arlansa qarşı
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu bu gün növbəti görüşünə çıxacaq.

Komandamız Boks Mərkəzində ötən mövsümün qalibi “Astana Arlans”la qarşılaşacaq. Qazaxıstan təmsilçisi hazırda 3 xalla qrupda 3-cü yeri tutur. Hesabında 6 xal olan “Baku Fires” isə 2-ci pillədədir.

19:00 Baku Fires – Astana Arlans
52 kq. Məhəmməd İbiyev – Oljas Sattibayev
60 kq. Nəsrəddin Məmmədov – Zakir Safiullin
69 kq. Tamerlan Abdullayev – Aslanbek Şıybergenov
81 kq. Mixail Dalqalivets – Nurdaulet Jarmanov
+91 kq. Arslanbek Mahmudov – Nurjan Bekzatov
Turnir cədvəli
1. Uzbek Tigers – 10 xal (4 görüş, qələbə sayı 16-4)
2. Baku Fires – 6 xal (3, 8-7)
3. Astana Arlans– 3 xal (2, 5-5)
4. Puerto Rico Hurricanes – -1 (3, 1-14).

Xəbər 770 dəfə oxundu.