5 mart “Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Siyəzən rayonunda yarış keçirilib
Siyəzən rayon Gənclər və İdman idarəsi 5 Mart “Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə 2-3 mart 2016-cı il tarixlərdə Gənclər Mərkəzində rayon Təhsil şöbəsi ilə birgə şahmat üzrə rayon birinciliyi keçirib.

Yeniyetmə oğlanlar və qızlar arasında təşkil olunan yarışın açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov çıxış edərək bildirib ki, hər il olduğu kimi bu il də 5 Mart “Bədən tərbiyəsi və İdman günü” Siyəzən rayonunda geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Nadir Məmmədov: “Bu münasibətlə keçirilən şahmat üzrə rayon birinciliyi həm də rayonda şahmat idman növünün inkişaf etdirilməsi, şahmat oyununa yeniyetmələrin marağının artırılması, perspektivli şahmatçıların üzə çıxarılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili olunması məqsədi daşıyır.”

Püşkatmadan sonra start götürən yarış olimpiya sistemi üzrə iki gün davam edib. Rayon birinciliyində 40-a qədər yeniyetmə iştirak edərək birinci yer uğrunda mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən oğlanlar arasında şəhər 6 saylı lisey-məktəbin şagirdi Əhmədov Rüstəm, qızlar arasında isə şəhər 3 saylı tam orta məktəbin şagirdi Dəmirova Nigar şahmat üzrə rayon birinciliyinin qalibi oldular. Oğlanlar arasında keçirilən yarışda şəhər 3 saylı tam orta məktəbin şagirdi Əliyev Anar II, şəhər 6 saylı lisey-məktəbin şagirdi Əkbərli Tehran isə III qazandı. Qızlar arasında isə şəhər 6 saylı lisey-məktəbin şagirdi Şahkərimli Asiman və şəhər 2 saylı tam orta məktəbin şagirdi Abdullayeva Şəbnəm II və III yerləri bölüşdürdülər. Sonda I, II və III yerlərin sahibləri idarə tərəfindən fəxri-fərmanlarla təltif edildilər.

Xəbər 979 dəfə oxundu.