Millimizin futbolçusu komandasına kömək edə bilmədi
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin çıxış etdiyi Türkiyənin “Ərciyəsspor” klubu, növbəti bu gün oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Bank Asiya I liqada mübarizə aparan Kayseri təmsilçisi “Dənizlispor”la qarşılaşıb. Amitin komandası bu qarşılaşmada 1 xal kifayətlənib (1:1). Həmyerlimiz komanda yoldaşları hesabı açdıqdan sonra, 74-cü dəqiqədə meydana daxil olub. Meydan sahibləri də məhz onun meydanda olduğu vaxt bərabərlik qoluna imza atıblar.

Xəbər 894 dəfə oxundu.