Voleybol birinciliyinin püşk atma mərasimi keçirilib
Martın 2-də 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Binəqədi rayon Gənclər və İdman İdarəsi və ASAN Könüllüləri Təşkilatı Könüllülərlə iş departamentinin birgə təşkilatçılığı ilə 5 mart "Bədən tərbiyəsi və idman günü” münasibəti ilə ASAN Xidmətin könüllü gəncləri arasında keçiriləcək Voleybol (qızlar) birinciliyinin püşk atma mərasimi keçirilib.

Püşk atma mərasimində Binəqədi rayon Gənclər və idman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, idman sahəsi üzrə aparıcı məsləhətçi Rafiq Nəsirov və ASAN Könüllüləri Təşkilatı Könüllülərlə iş departamentinin müfəttişi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi Fidan Alıyeva iştirak ediblər.

Püşk atmanın nəticələrinə görə birinci mərhələdə Martın 5-də ASAN 2- ASAN 4 və ASAN 3- ASAN 1 komandaları mübarizə aparacaq.

Xəbər 854 dəfə oxundu.