Mançester Yunayted Futbol Məktəbinə növbəti seçim başladı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul prosesinin başlanmasını elan edib. Seçimlər 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında 15 mart 2016-cı il tarixində, saat 15:00-da, Bayıl stadionunda keçiriləcək.

Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə Bayıl stadionuna gəlmək lazımdır:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış

Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:
+994 55 511 33 03 – Ramin Həsənov
Muss@affa.az

Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər - Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə həftədə iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar. Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu mövcuddur.

Xəbər 664 dəfə oxundu.