Bolqar futbolçunun Azərbaycana gəlişi baş tutmadı
Bolqarıstanın “Slaviya” klubunun futbolçusu Georgi Xristovun Azərbaycan klublarından birinə keçidi baş tutmayıb. İdman.com.az saytının məlumatına görə, Sofiya təmsilçisinin 27 yaşlı hücumçusu komandalarımızdan bir neçəsinin diqqət mərkəzində olsa da transfer gerçəkləşməyib.

Bolqar həmkarlarımız iddia edir ki, İsrailin “Aşdod” klubunda icarədə olan Xristov, yenidən “Slaviya”nın düşərgəsinə qayıdıb. Paytaxt təmsilçisinin rəhbərliyi Azərbaycandan aldığı təklifləri qəbul etməyərək onu komandada saxlamağa qərar veriblər.
Qeyd edək ki, “Levski”nin heyətində Çempionlar Liqasında “Bakı”ya qarşı oynamış hücumçu adıçəkilən klublardan başqa “Maritsa”, “Botev” və Polşada “Visla”da da çıxış edib.

Xəbər 1057 dəfə oxundu.