U-17 bu gün yoldaşlıq oyunu keçirəcək | |
Bu gün Bakı Olimpya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirəcək. Yığmamız saat 16:00-da Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərovdan ibarət hakimlər briqadası idarə edəcək. |
|
Xəbər 682 dəfə oxundu. |
|
|