“Qəbələ” komandası “Zirə”ni 2:1 hesabı ilə məğlub edib
Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi çərçivəsində daha bir görüş keçirilib.

“Zirə” komandası “Qəbələ”ni qəbul edib.

Görüşün 71-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nelson Bonilla hesabı açıb. Dörd dəqiqə sonra “Qəbələ”nin futbolçusu Aleksey Qay hesabı bərabərləşdirib. Matçın 83-cü dəqiqəsində “Qəbələ”nin yarımmüdafiəçisi Dodo komandasının qələbəsini rəsmiləşdirib.

Beləliklə, görüş 2:1 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb.

Komandalar arasında cavab oyunu martın 9-da Qəbələdə keçiriləcək.

Xəbər 652 dəfə oxundu.