Stolüstü tennis üzrə Azərbaycan millisi dünya çempionatının qrup mərhələsini birinci pillədə başa vurub
Stolüstü tennis üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxışını davam etdirir.

Malayziyada təşkil olunan çempionatda millimiz öz qrupunda reytinqə görə, daha öndə olan Argentina, Qazaxıstan, Qvatemala, Latviya və Monqolustan komandaları ilə görüşüb.

Azərbaycan komandası Qvatemala yığmasına 3:1, Argentina komandasına 3:0, Qazaxıstan millisinə 3:1 hesabı ilə qalib gəlib. Azərbaycan-Monqolustan görüşü ilə millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız martın 2-də qrup mərhələsində son görüşünü Latviya yığmasına qarşı keçirib. Görüş tennisçilərimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb və millimiz turnirin qrup mərhələsini lider kimi tamamlayıb.

Dünya çempionatına martın 6-da yekun vurulacaq.

Xəbər 724 dəfə oxundu.