“Qarabağ” komandası “Sumqayıt”ı iki cavabsız qolla məğlub edib
Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin görüşləri davam edir.

Günün növbəti qarşılaşması Bakıda oynanılıb.

Dörddəbir final mərhələsinin növbəti matçında “Qarabağ” komandası “Sumqayıt”ı qəbul edib. Ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq istəyən Ağdam təmsilçisi ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunun 52-ci dəqiqəsində Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Matçın 86-cı dəqiqəsində isə Mahir Mədətov fərqi iki topa çatdırıb.

Komandalar arasında cavab görüşü martın 9-da keçiriləcək.

Xəbər 715 dəfə oxundu.