Masallıda Taekvando üzrə rayon birinciliyi keçirilib
1-2 mart tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvando Mərkəzində 5 Mart “Bədən tərbiyəsi və İdman Günü” nə həsr olunmuş yeniyetmə və gənclər arasında Taekvando üzrə Masallı rayon birinciliyi keçirilib.

10 çəki dərəcəsində 81 nəfər yeniyetmə və gənc idmançıların iştirakı ilə keçirilən yarışın məqsədi, rayonda tekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaq olub.

Sonda qalib idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 753 dəfə oxundu.