“İqtisadçı”da argentinalı voleybolçu
Bakının qadınlardan ibarət “İqtisadçı” klubu daha bir voleybolçunu heyətinə qatıb. İdman.com.az saytının məlumatına görə, argentinalı Georgina Pinedo bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 179 sm boya malik cənubi amerikalı artıq “İqtisadçı”ya transfer olunub.

2000-ci ildən Argentina milli komandasının formasını geyən voleybolçu 3,13 metrdən zərbə vurmağı və 2,98 metrdə blok qurmağı bacarır. 31 yaşlı Pinedonun son klubu Cənubi Koreyada “Korrea Ekspessivey” olub.

Bundan başqa Pinedonun çıxış etdiyi komandalar arasında “Boka Xuniors”, İtaliyada “Roma”, “Kyevo”, “Polisan”, İspaniyada “Albasete”, “Kordoba” kimi klublarda da oynayıb. Yığmada Cənubi Amerika çempionatlarında 2 gümüş və 1 bürünc, Panamerika oyunlarında isə bürünc medal qazanıb.

Xəbər 908 dəfə oxundu.