Azərbaycan Premyer Liqası: Legioner rüsumu azaldılacaq
Azərbaycan Premyer Liqasında legioner futbolçulara tətbiq olunan rüsum azaldılacaq.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib. PFL-in rəhbəri rüsumun bütün legionerlər üçün beş min manata endiriləcəyini söyləyib. R.Musayev Klublar Komitəsinin bugünkü iclasında məsələ ilə bağlı müzakirələrin aparıldığını və yekun qərarın AFFA İcraiyyə Komitəsinin iclasında veriləcəyini deyib: “Klubların durumu və legioner rüsumu ilə bağlı danışdıq. Çünki hər bir klubun problemi bizim problemdir. Razılığımızı verdik. Klublar hər legioner üçün 5 min manat ödəyəcəklər. Rüsumda 15 min endirim etdik. Legioner limiti isə müzakirə olunmadır”.

Qeyd edək ki, hazırda legioner rüsumu 20 min manatdır. Amma növbəti illərdə eyni əcnəbi futbolçu komandada qalarsa, məbləğ yarıbayarı azaldılır. Öz ölkələrinin millisində oynayan əcnəbilər üçün isə rüsum alınmır. Rüsumun dəyişməsi ilə bağlı qərar isə İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək.

Xəbər 682 dəfə oxundu.