Rauf Məmmədov Ümumdünya intelektual oyunlarında blits üzrə qızıl medal qazandı
Çinin Huaian şəhərində ümümdünya intellektual oyunları proqramında keçirilən şahmatın blits növü üzrə də yarışlar başa çatıb. Bu yarışında qalibi Azərbaycan şahmatçısı oldu. Həmyerlimiz, beynəlxalq qrossmeyster Rauf Məmmədov aktivinə 19.5 xal yazaraq qızıl medala layiq görülüb. 2-ci yerə 18.2 xalla Rusiya şahmatçısı Yevgeni Tomaşevski , 3-cü yerə isə 18 xalla Hindistanlı Pentala Harikrişna çıxıb.

Digər təmsilçimiz, Şəhriyar Məmmədyarov isə 14.5 xalla 9-cu yerin sahibi olub.

Qeyd edəki, intellektual oyunlarda bu ikinci qızıl medalımız oldu. İlk qızıl medalı sürətli şahmat üzrə qalib olan Şəhriyar Məmmədyarov qazanıb.

Martın 2-də isə şahmatın bask növü üzrə yarışlar start götürəcək.

Yarışda Şəhriyar Məmmədyarov və Rauf Məmmədovla yanaşı dünyanın 14 güclü şahmatçıları - Y.Tomaşevski (Rusiya), Din Lijen, Li Çao, Van Xao, Van Yue ( Çin), V.İvancuk, R. Ponomariev ( Ukrayna), P.Xarikrişna (Hindistan), Q.Sarqissyan, S.Movsesyan (Ermənistan), L.Dominges (Kuba), L.Fressine (Fransa), D.Navara (Çexiya), R.Voytajek (Polşa) iştirak edir.

Xəbər 643 dəfə oxundu.