Kəpəz Bakıda hazırlığa başlayır
Topaz Premyer Liqasının 23-cü turunda “Sumqayıt” ilə Gəncədəki görüşdən sonra “Kəpəz” Bakıya qayıdıb. Oyunun səhəri bərpaedici məşqlə kifayətlənən komanda bir günlük istirahətə buraxılıb və bu gün “sarı-göylər” paytaxtda məşqləri bərpa edəcək.

Gəncə klubu çempionatın 24-cü turunda qarşılaşacağı “Rəvan” ilə oyunun hazırlığını həftə ərzində Bakıda keçirəcək. Komandanın bu günə təyin olunan məşqi saat 16:00-da başlayacaq.

Qeyd edək ki, “Rəvan” – “Kəpəz” matçı “Bayıl Arena”da martın 6-da saat 16:00-da start götürəcək.

Xəbər 704 dəfə oxundu.