Sumqayıt Qarabağla matçın hazırlığına start verib
Martın 2-də Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahətin ardından məşqlərə start verib. "Kapital Bank Arena"da baş tutan axşam məşqində komanda tam heyətlə çalışıb.

Xəstə olduğu üçün "Kəpəz"lə oyunda iştirak edə bilməyən kapitan Vurğun Hüseynov da artıq kollektivə qoşulub.

Qeyd edək ki, martın 2-də "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Sumqayıt" oyunu saat 17:00-da start götürəcək.

Xəbər 672 dəfə oxundu.