Könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirməsinə dair anlaşma memorandumu imzalayıb.

Memorandumu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.

Xəbər 803 dəfə oxundu.