Arif Əsədov: Bunu ancaq alqışlamaq lazımdır
“Hazırda AFFA-da “C” kateqoriyası almaq istəyən mtəxəssislər üçün keçirilən kurslara mən, Aslan Kərimov və almaniyalı Nikolay Adam nəzarət edir. Ciddi iş baxımından hələ yenilik yoxdur”. İdman.com.az saytının futbol11.az-a istinadən məlumatına görə, bu sözü “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.
Paytaxt klubunun həm əvəzedici, həm də əsas heyəti ilə çempionluğu bayram edən mütəxəssis, sabiq komandasının qış transfer dönəmində heyətə yeni oyunçu qatmamasına münasibət bildirib:

“Mən gedərkən də demişdim ki, yerimi yerli mütəxəssis tutarsa, sevinəcəyəm. Belə də oldu. Bəli, gedərkən, mən “Neftçi”üçün iki qadir heyət formalaşdırdım. Bizim vaxtımızda Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclər meydana çıxmışdısa, sonra bir başqa gəncləri gördük. Böyükağa Hacıyev mənim başladığım, amma sona çatdıra bilmədiyim işi davam etdirir. Bunu ancaq alqışlamaq lazımdır. Mən özümdən yaşca böyük mütəxəssisə ancaq uğurlar arzulayıram”.

Məlum olduğu kimi, Vəli Qasımovun əsas yığmadan uzaqlaşdırılmasından sonra, millidə köməkçi-məşqçi postu boşdur. Arif Əsədov bu posta ən real namizədlərdən biridir. Hazırda AFFA-a yaxın olan mütəxəssis məsələnin Berti Foqts Azərbaycana qayıtdıqdan sonra həllini tapacağını deyib.
Qeyd edək ki, 6 illik fasilədən sonra “Neftçi”ni çempion edən bu mütəxəssis, Avropa Çempionlar Liqasında “Dinamo”ya (Zaqreb) məğlubiyyətdən sonra istefaya göndərilib.


Xəbər 1137 dəfə oxundu.