Rusiya–Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Rusiya–Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.

Qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Oyun Rostov şəhərindəki “Olimp-2” stadionunda keçiriləcək.

Xəbər 702 dəfə oxundu.