Bakının “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarında iştirakını dayandırıb
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsində cavab oyununu keçirib.

“Lokomotiv” komandası İsveçrədə yerli “Volero” klubu ilə qarşılaşıb.

Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunan görüşdə “Volero” komandası 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda Azərbaycan klubu rəqibindən üstün olmuşdu – 3:2. İki oyunun nəticəsinə görə, “Lokomotiv” klubu Çempionlar Liqası yarışlarında iştirakını dayandırıb.

Xəbər 646 dəfə oxundu.