Azərbaycanın U-17 komandası rusiyalı həmyaşıdlarına minimal hesabla qalib gəlib
Fevralın 25-də Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib.

Oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qarşılaşma 1:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb. Oyunda yeganə qolu Metin Gülər vurub.

Qeyd edək ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş oyun Rusiya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xəbər 672 dəfə oxundu.