Azərbaycan millisi Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirib
Fevralın 25-də Bayıl stadionunda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması macarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.

Oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qarşılaşma Macarıstan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında fevralın 23-də keçirilən ilk yoldaşlıq oyununda da Macarıstan yığması qalib gəlmişdi – 3:0.

Xəbər 677 dəfə oxundu.