Azərbaycan və Macarıstan yığmaları arasında növbəti yoldaşlıq oyunu keçiriləcək
Bu gün Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Macarıstan yığmaları arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Saat 11:00-da başlayacaq qarşılaşmanı Yuliya Qurbanova, Maya Nəbiyeva, Ülviyyə Mustafayeva, Sədaqət Vəliyevadan ibarət hakimlər briqadası idarə edəcək. Oyun CBC Sport televiziya kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş yoldaşlıq oyunu 3:0 hesabı ilə Macarıstan yığmasının xeyrinə başa çatmışdı.

Xəbər 673 dəfə oxundu.