Qurbanov Foqtsun təklifinə “yox” dedi
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində həyata keçiriləcək təlim-məşq toplanışında yollanmayacaq. İdman.com.az saytı xəbər verir ki, o, azerisport.az-a açıqlamasında addımını belə əsaslandırıb:

“Sağ olsunlar ki, klub məşqçilərini millinin Dubay toplanışına dəvət ediblər. Ancaq təəssüf ki, mən yığmayla birgə Dubaya gedə bilməyəcəyəm. Çünki millinin toplanışı zamanı “Qarabağ” öz məşqlərini davam etdirməlidi. Mən isə komandamı yalnız qoya bilmərəm. Ona görə də bu dəvəti qəbul edə bilməyəcəm”.

Qeyd edək ki, AFFA rəhbərliyi millinin baş məşqçisi Berti Foqtsun istəyinə uyğun olaraq, Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçilərini də Dubaya aparmağa qərar verib.

Xəbər 1098 dəfə oxundu.