Baku Firesin baş direktoru Old Traffordda
İngiltərənin Mançester şəhərində məhşur “Old Trafford” stadionunda AİBA komissiyalarının toplantısı keçirilir. Beynəlxalq federasiyanın 8 komissiyasını (AİBA Pro Boxing, idmançılar və gənclər, məşqçilər, tibb, hakimlər, qadın boksu, WSB, texniki kommisiya) təmsil edən 100-dən çox üzvü bir sıra məsələləri müzakirə edir.

Tədbir iştirakçılarını salamlayan AİBA prezidenti Çinq Ko Vu 2016-cı ilin boks ailəsi üçün əlamətdar olduğunu bildirib: “Bu il AİBA-nın yaranmasının 70 illiyi tamam olur. Biz yubiley ilində boksun bütün sahələrində ciddi uğurlar qazanmalıyıq”.

Toplantıda WSB liqası, AİBA Pro Boxing turnirləri ilə bağlı bir sıra vacib məsələlərin müzakirə olunması gözlınilir. AİBA Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Rio-2016-da boksçuların baş geyimi ilə iştirak edib-etməyəcəyi ilə bağlı cavab gözləyir. Bundan başqa boksçuların böyüklər arasında yarışlarda indiki kimi 19 deyil, 18 yaşdan iştirak etməsi də müzakirə olunur.

Qeyd edək ki, Mançesterdə ölkəmizi “Baku Fires” klubunun baş direktoru, AİBA WSB kommisiyasının üzvü Rizvan Gənciyev təmsil edir.

Xəbər 723 dəfə oxundu.