Güləş üzrə yeniyetmələrin qitə çempionatlarında iştirakçıların sayı artırılır
Dünya Güləş Birliyi yeniyetmələrin qitə çempionatlarında iştirak edəcək güləşçilərin sayının artırılması barədə qərar qəbul edib. Bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna biləcək. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

DGB İcraiyyə Komitəsinin belə bir qərar qəbul etməsi bütövlükdə dünyada güləş idman növünün inkişafına və təbliğinə imkan verəcək, həmçinin çox sayda yeniyetmə güləşçinin bu və ya digər səbəbdən kölgədə qalmaması üçün onlara şans verəcək.

Məlumat üçün bildirək ki, bu il yeniyetmələrin Avropa çempionatı 19-24 iyul tarixlərində İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.

Xəbər 606 dəfə oxundu.