3 oyun canlı yayımlanacaq
“İdman Azərbaycan” telekanalı Unibank Premyer Liqanın XX turunun 3 oyununu canlı yayımlayacaq. İdman.com.az saytının məlumatına görə, ilk oyun günündə 2 matç azarkeşlərə təqdim edəcək. Əvvəlcə saat 14.00-da başlayacaq “Bakı” – “Qarabağ” onuyu yayımlanacaq. Sonra “Xəzər Lənkəran” – AzAL görüşü efirə veriləcək.

Artıq qarşılaşmanın başlanma vaxtı da müəyyənləşib. Matçın start fiti saat 16.00-da çalınacaq. Kanal fevralın 16-də bir görüşü yayımlayacaq. Həmin gün azarkeşlər saat 14.00-da başlayacaq “Rəvan” – “Turan” matçını izləyə biləcəklər.

Xəbər 988 dəfə oxundu.