“Qəbələ”nin U-11 komandası Fransanın “Mets” klubuna qalib gəlib
“Qəbələ” futbol akademiyasının komandaları Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Üç müxtəlif yaş qrupundan olan komandaların mübarizə apardığı yarışın ilk turunda istirahət edən “Qəbələ” Fransanın “Mets” klubu ilə üz-üzə gəlib.

U-10 komandalarının oyununda Fransa təmsilçisi qalib gəlib – 3:1. “Qəbələ”nin yeganə qolunu İlkin Muradov vurub. U-11-in qarşılaşması isə “Qəbələ”nin 5:4 hesablı qələbəsi ilə nəticələnib. Okan Təhməzlinin pokerə imza atdığı oyunda digər qolun müəllifi Elvin Qarayev olub. U-12-lərin mübarizəsində isə “Mets” üstün olub – 7:1. Fransa təmsilçisinin qapısından qolu Emil Süleymanov keçirib.

Komandalarımız fevralın 24-də yarışın təşkilatçısı “Aspire” akademiyasından olan həmyaşıdları ilə görüşəcək.

Xəbər 703 dəfə oxundu.