Bakının “Azəryol” voleybol klubu CEV kuboku yarışlarının yarımfinalına vəsiqə qazanıb
Bakının qadınlardan ibarət “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bakı təmsilçisi “çellenc raund” mərhələsi çərçivəsində səfərdə İtaliyanın “Novara” komandasının qonağı olub. Novara şəhərindəki “Sporting Palace”də təşkil olunan görüş İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında Bakıda təşkil olunan görüşdə “Azəryol” eyni hesabla “Novara”ya qalib gəlmişdi. Növbəti mərhələyə adlayacaq klubu müəyyənləşdirmək üçün “Qızıl set” oynanılıb. Rəqibini 15:13 hesabı ilə məğlub edən “Azəryol” turnirin yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC

Xəbər 645 dəfə oxundu.