Bayraqdar “Sumqayıt”la “Şəfa”da görüşəcək
“Sumqayıt” – “Neftçi” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər arenasında keçirilməyəcək. İdman.com.az xəbər verir ki, qarşılaşma Bakının “Şəfa” stadionunda baş tutacaq. Buna səbəb, əlverişsiz hava şəraiti olub. Son günlər dayanmadan yağan qar şəhərin baş arenasının ot örtüyünü yararsız hala salıb.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu fevralın 15-də keçiriləcək.

Xəbər 899 dəfə oxundu.