Paralimpiyaçılarımız lisenziya xarakterli turnirdə iştirak edirlər
Fevralın 23-də Hollandiyanın Haaqa şəhərində paralimpiyaçı üzgüçülər arasında Qran-pri turniri başlayıb.

Yarışda Azərbaycan Milli Paralimpiya Komitəsinin 2 üzvü - Dmitriy və Roman Saley qardaşları iştirak edir. Paralimpiyaçılar turnirdə apreldə Portuqaliyada keçiriləcək Avropa çempionatına lisenziya qazanmağa çalışacaqlar.

Turnirə fevralın 29-da yekun vurulacaq.

Xəbər 686 dəfə oxundu.