Xəzər Lənkəran Qəbələ ilə oyun öncəsi tam heyətlə hazırlaşır
“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra Topaz Premyer Liqasının 23-cü turunun hazırlığına başlayıb. Qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq.

Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirən əsas məqamdır.

Xəbər 704 dəfə oxundu.