Kikboksçumuz Pərviz Abdullayev növbəti qələbəsini qazanıb

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

İdmançımız Tailandın Pattayya şəhərində təşkil olunan “Kunium Fight 38” turnirində qüvvəsini sınayıb.

P.Abdullayev reytinq xarakterli döyüşdə çinli Nurla Mulali ilə üz-üzə gəlib. İdmançımız bu qarşılaşmada asiyalı rəqibini məğlub edərək rinqi qalib kimi tərk edib.

Xəbər 1286 dəfə oxundu.