Kəpəz məşqləri bərpa etdi
“İnter” ilə Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən oyundan sonra istirahətə buraxılan “Kəpəz”in üzvləri məşqləri bərpa edib. İki gün dincələn futbolçular “Sumqayıt” ilə həftəsonu keçiriləcək təqvim oyununun hazırlıqlarına ötən gün başlayıblar.

“Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Bu gündən başlayaraq isə komanda fevralın 25-nə kimi “Dalğa Arena”da məşq edəcək.

Fevralın 26-da Gəncəyə gələcək “dağlılar” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.

Xəbər 747 dəfə oxundu.