Ahmet Öndər: Dünya Kuboku yarışlarında qələbə qazanmaqla azarkeşləri sevindirmək istəyirəm
Dünya Kuboku yarışlarında azarkeşlərin dəstəyi sayəsində təsnifat mərhələsində uğurla çıxış edə bildim. Dörd alət üzrə final mərhələsinə vəsiqə qazandım.

Bu sözləri Dünya Kuboku yarışlarında mübarizə aparan türkiyəli gimnast Ahmet Öndər söyləyib.

Türkiyəli atlet deyib: "Yarışlar gərgin idman mübarizəsi şəraitində keçir. Rəqiblərimə gəlincə, hamısı titullu idmançılardır. Olimpiya ilində fərqlənməyi çox istərdim. Dünya Kuboku yarışlarında qələbə qazanmaqla həm azarkeşləri, həm də məşqçilərimi sevindirmək arzusundayam".

Xəbər 802 dəfə oxundu.