Yaponiyalı gimnast: yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edirəm
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışları yüksək səviyyədə təşkil olunub.

Bu sözləri Dünya Kuboku yarışlarının qızıl medalçısı yaponiyalı gimnast Kenzo Şirai jurnalistlərə müsahibəsində deyib.

Bakıda ilk dəfə olduğunu bildirən yaponiyalı atlet qeyd edib: “Belə mötəbər yarışda qızıl medal qazandığım üçün çox sevinirəm. Dünya Kuboku yarışlarında demək olar ki, ən güclü atletlər mübarizə aparırlar. Var gücümdən istifadə edərək sərbəst hərəkətlər yarışında qalib gələ bildim”.

Azərbaycan xalqına yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən yaponiyalı atlet Bakıdan xoş təəssüratlarla ayrılacağını diqqətə çatdırıb.

Xəbər 805 dəfə oxundu.