Yığma komanda və Məşqçilər Komitəsi ilə görüş keçirilib
AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov, Vaqif Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb, komandaya müvafiq tövsiyələrini veriblər.

Sonra baş katib Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirib, U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq.

Xəbər 780 dəfə oxundu.