İnter Kəpəzə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 22-ci tura start verilib. İlk oyun günündə bir görüş keçirilib.

Liderlər qrupunda qərarlaşan “İnter”lə “Kəpəz” Bakıda qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Topaz Premyer Liqası
22-ci tur
19 fevral (cümə)

“İnter” - “Kəpəz” - 1:0 (0:0)
Qol: N.Hacıyev, 55 (1:0).
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sərtan Taşkın, 9. Qara Qarayev, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Junior Osvaldo, 80. Tural Rzayev, 9. Namiq Ələsgərov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 27. Bəxtiyar Soltanov, 4. Elvin Cəbrayıllı, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.

Turun digər oyunları: 20 fevral (15:00. “Sumqayıt” - AZAL, 17:30. “Qarabağ” - “Neftçi”). 21 fevral (14:00. “Xəzər Lənkəran” - “Zirə”, 16:30. “Rəvan” - “Qəbələ”).

Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ"), Nelson Bonilya ("Zirə").

Xəbər 793 dəfə oxundu.