“Xəzər Kuboku 2016” beynəlxalq şahmat turniri başa çatıb
İranda keçirilən “Xəzər Kuboku 2016” beynəlxalq şahmat turniri başa çatıb. Sonuncu turda Rusiya təmsilçisi Sergey Volkovla xalları yarı bölən Azər Mirzəyev 6 xalla 7-ci pillədə qərarlaşıb. Loğman Quliyev isə yerli şahmatçı Mohammad Akbari Gevardiyə məğlub olaraq 4 xalla turnir cədvəlini 47-ci yerdə bşa vurub.

Turnirin qalibi adına isə 9 oyundan aktivinə 7 xal yazmağa nail olan İranlı Masoud Mosadeghpour layiq görülüb.

Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Latviya, Litva, Ermənistan, Niderland, Türkiyə, ABŞ, Türkmənistandan 16 qrosseyster daxil olmaqla 76 şahmatçı iştirak edirdi. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın “A” turnirində ölkəmizi Azər Mirzəyev və Loğman Quliyev təmsil edirdilər.

Xəbər 779 dəfə oxundu.