“Simurq” hücumçu problemini həll etdi
“Yuventus”un sabiq oyunçusu Sergey Kovalenkonu bəyənməyən baş məşqçi Sergey Yuran, hücum xəttindəki problemi başqa bir forvardla aradan qaldırıb. İdman.com.az saytı futbol11.az-a istinadən xəbər verir ki, Zaqatala təmsilçisi hamımızın yaxşı tanıdığı Moldova milli komandasının üzvü Anatoli Doroşu rəsmən sıralarına cəlb edib.

29 yaşlı hücumçu azad agent kimi keçdiyi “Simurq”la mövsümün sonuna qədər müqavilə imzalayıb. Son olaraq, Qazaxıstan klubunda oynamış Doroş Azərbaycan çempionatında bir sıra klubların şərəfini qoruyub. Təcrübəli oyunçu “MKT Araz”, “Karvan”, “Standard”, “Olimpik” kimi klubların uğurları üçün çalışıb.

Xəbər 879 dəfə oxundu.