Tailandlı tennisçi mərc oyununa pul qoyduğu üçün cəzalandırılıb
Tennis üzrə gənclərdən ibarət Tailand yığmasının üzvü Catuporn Nalamphun 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Buna tailandlı idmançının bukmeyker kontorlarında tennis oyunlarına pul qoyması səbəb olub. Əvvəlcə istintaqdan imtina edən 22 yaşlı idmançı sonra mərc oyununda iştirakını boynuna alıb. Onun sözlərinə görə, 2014-cü ilin iyul–noyabr aylarında bir neçə dəfə tennis üzrə antikorrupsiya proqramını pozub və tennis görüşlərinə pul qoyub.

Tennisçiyə əlavə olaraq beş min ABŞ dolları da cərimə kəsilib.

Xəbər 776 dəfə oxundu.