“Formula-1” tarixində ilk dəfə indoneziyalı pilot çıxış edəcək
İndoneziyalı Rio Harianto 2016-cı il “Formula-1” mövsümündə “Manor” komandasının ikinci pilotu olacaq.

Komandanın əsas pilotu 23 yaşlı almaniyalı Paskal Verlyayndır.

R.Harianto bu növ üzrə ilk indoneziyalı sürücü olacaq. Ötən mövsüm o, “Kampos”da çıxış edib və GP çempionatında 4-cü yeri tutub.

Qeyd edək ki, “Formula-1” üzrə ilk Qran-pri yarışları martın 18-20-də Avstraliyanın Melburn şəhərində təşkil olunacaq.

Xəbər 607 dəfə oxundu.