Xəzər Liqasında ilk qələbə sevinci
Azərbaycanın oğlanlardan ibarət U16 yığma komandası Həştərxanda Xəzər Liqası çərçivəsində keçirilən ilk oyunda uğur qazandı.

Belə ki, basketbolçularımız ilk görüşdə Dağıstan həmyaşıdları ilə qarşılaşdı. Oyunun birinci dəqiqəsindən millimiz təşəbbüsü ələ alaraq Dağıstan basketbolçularına heç bir şans verməyərək onları darmadağın etdi (103:25 /21-7, 20-10, 26-5, 36-3/).

Fevral ayının 19-da Samit Nuruzadənin yetirmələri "Atırau" (Qazaxstan) komandası ilə qarşılaşacaqlar.

Xəbər 804 dəfə oxundu.