“Beşikdaş”ın futbolçusu “Xəzər Lənkəran”a keçə bilmədi
“Xəzər Lənkəran”da oynamaq istəyirəm. Bu komanda da məni icarəyə götürmək niyyətində idi”. İdman.com.az saytının məlumatına görə, bu sözü Türkiyənin “Beşikdaş” klubunun futbolçusu Məhməd Ağyüz deyib. “Xəzər Lənkəran”ın icarəyə götürmək istədiyi 26 yaşlı hücumçu keçidinin bu qış baş tutmayacağını açıqlayıb:

“Təəssüflər olsun ki, artıq transfer pəncərəsi bitib. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”a icarəyə verilməyim baş tutmadı. Çünki bu, indi mümkün deyil”.
Qeyd edək ki, Ağyüz 2011-ci ilin yayında “Dovşanlı Linyitspor”dan İstanbul nəhənginə transfer olunub.

Xəbər 895 dəfə oxundu.