İnterdə Kəpəzlə oyun öncəsi ciddi itkilər
"İnter" Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Paytaxt klubunun heyətində bu oyun öncəsi ciddi itkilər var.

Belə ki, Laşa Kasradze AZAL-la son oyunda zədə aldığından böyük ehtimalla qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək. Zurab Xizanişvilinin də oyunu buraxacağı dəqiqdir. Kiçik zədəsi olan Nizami Hacıyevin isə meydana çıxması sual altındadır.

Əvəzində zədəsini sağaldan Mirhüseyn Seyidov komanda ilə məşqlərə başlayıb.

Xəbər 768 dəfə oxundu.